Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sarqsyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün görüşün keçiriləcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.
“Görüş avqustun 8-i və ya 9-da Soçidə baş tutacaq. Ümid edirik ki, görüşdə çox əhəmiyyətli razılaşma əldə olunacaq”, - deyə Abramyan qeyd edib.