Ermənistan nümayəndəsi Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.
Oxu.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Onun sözlərinə görə, Yerevanı bu toplantıda Xarici İşlər Nazirliyinin çoxtərəfli və ikitərəfli iqtisadi əməkdaşlıq departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.
Qeyd edək ki, iclasda dekabrın 14-də keçiriləcək.
Oxu.Az yeniləndi!