Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gündəliyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında məlumat verib.
“Azərbaycan prezidenti İlham Əliyev bu gün Sergey Lavrovu qəbul edəcək. Eləcə də, Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq gündəlikdə duran əsas məsələləri müzakirə edəcəklər. Beynəlxalq forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də mümkündür”, - Zaxarova bildirib.
09:08
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.
Qeyd edək ki, QİƏT sədrliyi nazirlərin 38-ci iclası çərçivəsində rotasiyaya uyğun olaraq Azərbaycana keçib.
Tədbir zamanı Azərbaycanın QİƏT-dəki yarımillik sədrliyinin yekunları, eləcə də, iqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək.
Lavrovun Bakı səfərinin gündəliyi açıqlandı - YENİLƏNİB
Oxu.Az yeniləndi!