Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əziz Ələkbərli: "Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır"
"Qərbi Azərbaycan İcması (QAİ) rəhbərliyi danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır".
Bunu Baku TV-nin "Baku Aktual" verilişində icmanın sədri, millət vəkili Əziz Ələkbərli deyib.
O diqqətə çatdırıb ki, QAİ-nin baş nazir Nikol Paşinyanla danışıqlar aparmaq üçün Ermənistan rəhbərliyinə müraciətinə cavab verilməyib:
"Proseslər göstərir ki, Ermənistan rəhbərliyi həqiqətləri etiraf etmək iqtidarında deyil. Onsuz da biz o torpaqlara qayıdacağıq. Çox yaxşı olar ki, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin tövsiyəsini dinləsin və QAİ ilə vaxtında danışıqlara getsin".
Daha ətraflı videomaterialda:

"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Faktlar danışır: Ermənistanın sülh oyunu arxasında silah alışı
- Paşinyan Koşta ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
- Nikol Paşinyanın Avropa İttifaqı sevdası nə ilə nəticələnəcək?
- Azərbaycanın ABŞ-dən gözləntiləri nələrdir?
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları