Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.
Nazir bildirib ki, Fələstin beynəlxalq qanunlara əməl olunmasının tərəfdarıdır:
“Biz hesab edirik ki, beynəlxalq ictimaiyyətdən tam dəstək almağın ən yaxşı yolu beynəlxalq qanunlara əməl olunmasıdır və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsidir”.