Oxu.Az-ın suallara politoloq, keçmiş diplomat Fikrət Sadıqov cavab verir:
- İsveçrədə beynəlxalq danışıq iştirakçıları və İran arasında bu ölkənin nüvə dosyesi üzrə əldə edilmiş razılaşmaları necə şərh edərdiniz? Çoxu bu razılaşmanı tarixi adlandırır.
- Bəli, bu razılaşmanı tarixi adlandırırlar. Bəlkə də bu elə belədir. Bununla yanaşı mənə elə gəlir ki, razılaşmanın son tərtibi istiqamətində bir sıra “sualtı qayalar” mövcuddur. Unutmayaq ki, Obamanın bəyan etdiyi kimi, İrana qarşı “terrorizmin dəstəklənməsi və insan haqlarının pozulması” barədə sanksiyalar saxlanılacaq. Eləcə də iki təyinatlı malların çatdırılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının qadağası da saxlanılır.
Doğrudur, bu danışıqlara onlar 12 il müddətinə gəliblər. Amma zənginləşdirilmiş uranın həcminin azalmasına və nüvə proqramının Atom enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən inspeksiyası üçün daha şəffaf edilməsi üçün müəyyən kompromislər əldə edilib. Aydındır ki, cavab olaraq Qərb iqtisadi sanksiyaları ləğv etməlidir. Mənaca təkrar edim ki, bu kompromis razılaşma hələ ki hər iki tərəfi qane edir. Unutmayaq ki, proses 30 iyuna qədər davam edəcək, belə ki, orada bir sürü texniki incəliklər qalır. Bu gün üçün İran nüvə proqramına toxunan əsas məsələlərin həlli üçün parametrlər işlənib.
- Enerji resursları ilə zəngin olan İran ilə razılaşma Rusiya ilə konfrontasiya aparan və Rusiya enerji resurslarına alternativ təchizat mənbələrində maraqlı olan Qərb üçün sərfəli olması ehtimalı nə dərəcədədir?
- Burada əsas amil Yaxın Şərqdə ümumilikdə yeni geosiyasi vəziyyətin yaranmasıdır. Ərəb ölkələrində nə baş verdiyini görürük, indi bəşəriyyət Yəməndə baş verənlərlə qayğılanıb, sünnilər və şiələr arasında dini qarşıdurma yaranıb, bu qarşıdurma artıq on minlərlə insanın ölümünə səbəb olub. Bununla yanaşı Qərb, sanksiyalar gətirdiyi Rusiya ilə münasibəti yetərincə korlayıb. Və o, İranın simasında, ABŞ və digər aparıcı ölkələrin maraqlarının uzlaşdığı bu mühüm regionda daha bir düşmənə sahib olmaq istəməzdi.
Ona görə də, Qərbin İrana doğru addım atmasında mühüm rol oynadı. İran isə öz növbəsində, təbii ki, uzun illər boyu ölkənin əzab çəkdiyi sanksiyaların ləğv edilməsində maraqlıdır. Bu səbəbdən də İran xarici bazara yetərli sayda karbohidrogenlər çıxara bilmir, iqtisadiyyatda, sosial sahədə ciddi problemlərlə üzləşir. Üstəgəl İranda anlayırlar ki, tez ya gec, simasını itirmədən və mövqelərini vermədən, Qərb ilə indiki Tehran hakimiyyətini qane edəcək müəyyən razılaşmaya nail olmaq üçün kompromis qərarlar qəbul etmək lazımdır.
- Qonşu İrana qarşı sanksiyaların gözlənilən zəifləməsindən Azərbaycan nə gözləyə bilər?
- Əgər bu razılaşmanın geosiyasi kontekstini götürsək, o zaman əlbəttə, Azərbaycan üçün bu pozitiv faktdır. Bir neçə il əvvəl olanları xatırlayaq. Azərbaycanı az qala Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi aksiyası üçün sahə hazırlamaqda ittiham edirdilər. Bildirilmişdi ki, bizim aerodromlarda qərbi aviasiyanın bombardman təyyarələri enir və s.
Bundan başqa, bizim çox sayda həmvətənlərimizin yaşadığı qonşu İranda hərbi qarşıdurma ciddi humanitar fəlakətə yol açardı. Azərbaycan bu faciə nəticəsində çox böyük çətinliklərlə qarşılaşardı. Bu gün Yaxın Şərqdə, Yəməndə və digər dövlətlərdə nə baş verdiyini görürük. Böyük qaçqın axını, ekoloji problemlər, eləcə də bu dövlətlərin ərazi bütövlüyünün pozulması nəticəsində meydana çıxan problemlər.
Təbii ki, biz bu razılaşmada qətiyyən uduzmuruq. Düşünürəm ki, əgər bu danışıqlar saxlanılarsa, onlar bu regionda sabitliyin qorunması və İranın Azərbaycan, eləcə də Qərb ilə normal və sivil qarşılıqlı münasibətlərin inkişafına vasitəçi olacaq. Biz bu danışıqların fəal iştirakçısı deyilik, və biz heç bir zaman nə Qərbin sanksiyalarını, nə də İranın radikallığını dəstəkləməmişik. Və bu kontekstdə bu qəbildən olan kompromis razılaşma Azərbaycan tərəfinin maraqlarına tam cavab verir.
L.H.
www.oxu.az