Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransalı baş redaktor: “Ölkəmiz bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib”
“Fransa bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib”.
“Report” xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Bryun Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Məsələn, 1958-ci ildə Əlcəzairdə qadınları çadralarını çıxarmağa məcbur etdilər. Guya çadranın çıxarılması azadlıq simvoludur. Amma əsl azadlıq qadınların necə geyinəcəklərini məhz özlərinin seçə bilmələridir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan gender bərabərliyi ilə bağlı nümunəvi ölkədir:
“Azərbaycanda qadınlar kişilərlə bərabər çalışırlar. Bu, Azərbaycan cəmiyyətində gender bərabərliyinin sübut edən nümunələrdən biridir”.
"Əlcəzair" teqi üzrə xəbərlər
- İspaniya və Əlcəzair arasındakı sularda Rusiya gəmisi batdı
- Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıblar
- "Qarabağ"ın futbolçusu "Ferents Puşkaş" mükafatına namizəddir: "Məni dəstəkləyənlər üçündür"
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Əlcəzairin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib