Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan Prezidentinin Almaniyaya səfərini geniş işıqlandırıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, imedinews.ge, interpressnews.ge, 1tv.ge, palitranews.ge portallarında Azərbaycan Prezidentinin səfəri, keçirdiyi görüşlər, eləcə də Almaniya kansleri ilə birlikdə mətbuata bəyanatından materiallar yayıblar.
Materiallarda "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalandığı xüsusi qeyd olunur.
Xəbərlərdə Azərbaycanın sülhsevər siyasəti, Avropanın, eləcə də Almaniyanın qaz tədarükündəki rolu, Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstək, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsinin paraflanmasının əhəmiyyəti və s. məsələlər əksini tapıb.