Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti aprelin 16-da Şəhidlər xiyabanını da ziyarət edib.
Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
"Gürcüstan prezidentinin Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
- Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Kavelaşvili: "Ümumi gələcəyimizə iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir"
- Kavelaşvili: "Azərbaycan ilə Gürcüstan ümumi maraqların müdafiəsi üzrə əməkdaşlığı intensivləşdirib"
- Kavelaşvili: "Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olub"