Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

KİV: "ABŞ Çin bazarını təcrid etmək üçün 70 ölkəyə təzyiq göstərmək niyyətindədir"
ABŞ Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaq müqabilində 70-dən çox ölkəyə rüsumları azaltmağı təklif etmək niyyətindədir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən bildirib.
"Tramp Administrasiyası cari tarif danışıqlarından istifadə etməyi və Birləşmiş Ştatların ticarət tərəfdaşlarına təzyiq göstərərək onların Çinlə sövdələşmələrini məhdudlaşdırmağı planlaşdırır", - nəşrdə qeyd olunur.
İzah edilir ki, Tramp bu yolla ticarət tərəfdaşlarından Çin bazarının təcrid edilməsi üzrə öhdəliklər əldə etməyə çalışacaq. Sövdələşmənin şərtlərinə görə, ölkələr Çin Xalq Respublikası müəssisələrinin öz ərazilərində yerləşməsini və onlar vasitəsilə mal tədarükünü qadağan etməlidirlər. Bundan əlavə, ABŞ lideri tərəfdaşların Çin sənaye məhsullarından imtina etməsini istəyir.
WSJ-nin qeyd etdiyi kimi, ideyanın təşəbbüskarı ABŞ-nin maliyyə naziri Skott Bessent olub. Dəqiqləşdirilib ki, Tramp artıq müvafiq planı alıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- İran XİN: "Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınına qayıtmaq niyyəti yoxdur"
- ABŞ Sənada husilərin düşərgələrinə 21 zərbə endirib
- ABŞ-də Rusiyanın "Pasxa atəşkəsi" elan etməsi şərh olunub
- ABŞ Uitkoff və Rusiya nümayəndələri arasında növbəti görüşü təşkil etmək istəyir
- ABŞ-İran danışıqlarının üçüncü raundunun vaxtı açıqlanıb