Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bayden ABŞ prezidenti postundan getdikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını edib
ABŞ-nin keçmiş prezidenti Co Bayden vəzifəsini tərk etdikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını edib.
Bu barədə Oxu.Az RBK-ya istinadən məlumat verir.
O, hazırkı ABŞ lideri Donald Trampın dövründə ofisləri bağlanan Sosial Təminat Agentliyinin (The United States Social Security Administration, SSA) müdafiəsi üçün Çikaqoda tribunaya qalxıb.
Siyasətçi "Ümid mayakı" mükafatının təqdim edilməsi münasibətilə çıxış edib.
Bayden Birləşmiş Ştatlarda irqi ədalətsizlikdən şikayətlənib. O, həmçinin sələfi Donald Trampı miqrantlara qarşı tədbirlərinə görə tənqid edib.
Bayden, həmçinin Trampı dövlət qulluqçularının sayının kütləvi ixtisarına görə tənqid edib. O, respublikaçını adı ilə çağırmayıb və bunun əvəzinə "bu oğlan" ifadəsindən istifadə edib.
Bayden yeni administrasiyanın sosial təminata yanaşmasını pisləyib və bildirib ki, kütləvi ixtisarlar dövlət dəstəyinə ehtiyacı olan milyonlarla amerikalı üçün risklər yaradır.
"Sosial təminat hökumət proqramından daha çox şeydir, bu bizim verdiyimiz müqəddəs bir vəddir. Biz heç vaxt, heç vaxt bu etimadı pozmamalı və ya öhdəliklərimizdən boyun qaçırmamalıyıq", - ABŞ-nin keçmiş prezidenti deyib.
Baydenin fikrincə, respublikaçılar əvvəlcə atəş açır, sonra nişan alırlar:
"Onlar sonra qarət etmək üçün dağıtmaq istəyirlər. Niyə qarət etmək istəyirlər? Milyarderlər və böyük korporasiyalar üçün vergiləri azaltmaq üçün".
"100 gündən az müddətdə bu yeni administrasiya o qədər ziyan və dağıntı törədib ki. Bu, sadəcə, nəfəskəsicidir", - deyə keçmiş dövlət başçısı bildirib. O, həmçinin respublikaçıların fəaliyyəti nəticəsində ABŞ-nin xarici borcunun əhəmiyyətli dərəcədə artacağı fikrini ifadə edib.
Bayden, həmçinin ticarət naziri Hovard Lütniki tənqid edib və onun orta statistik amerikalıdan uzaq olduğunu bildirib.
Ağ Evin nümayəndəsi Stiven Çunq Baydeni kəskin tənqid edib və onun "rabitəsiz nitqi"nin zəif ağlını və yeni minimumlara sürətli düşüşünü göstərdiyini bildirib.
"Prezident Tramp dəfələrlə sosial təminat sistemini qoruyacağını və sosial təminat müavinətlərinin vergiyə cəlb edilməsini dayandıraraq yaşlı insanlar üçün daha yüksək əməkhaqqı təmin edəcəyini vəd edib. Əksini iddia edən hər kəs ya axmaqdır, ya da qatı yalançıdır, ya da Baydenin halında hər ikisidir", - deyə Çunq bildirib.
"Co Bayden" teqi üzrə xəbərlər
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- Üç dövlət dünyanı öz aralarında bölür - Proseslərin təsiri necə olacaq?
- Baydenlərə qadağa qoyula bilər
- Prezidentlik çıxışlarındakı səhvləri ilə tarixə düşən Bayden NATİQLİYƏ hazırlaşır: Məbləğ açıqlandı
- "Baydenin müharibəsi"ni Tramp davam etdirə bilər