Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi](https://images.oxu.az/2025/02/12/HJc1nRSVNYJmAU89ixXf7piaTbsuvRBmCW81DC7e:1200.jpg)
Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat verib.
Kobaxidze qeyd edib ki, onun Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Bakı marşrutu ilə sərnişin qatarlarının hərəkətinin bərpası məsələsi müzakirə edilib.
"Azərbaycana səfərim zamanı biz Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdik və ölkəmizə göstərdiyi diqqətə görə şəxsən ona təşəkkür etmək istərdim. Təbii ki, iki ölkə, dost ölkələr, Gürcüstan və Azərbaycan arasında yüksək mobilliyin olması prinsipial olaraq vacibdir, çünki bu, həm Gürcüstan, həm də Azərbaycan üçün qarşılıqlı səmərəlidir", - baş nazir bildirib.
Onun sözlərinə görə, mümkün qədər çox insanın Gürcüstandan Azərbaycana, Azərbaycandan isə Gürcüstana getməsi, o cümlədən insanlar arasında münasibətlərin, iki xalqı birləşdirən ənənəvi dostluğun daha da dərinləşməsi üçün çox vacibdir.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.
2025-ci ilin aprelindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti işə salına bilər.