"Bir ay əvvəldən gediş və dönüş biletlərini ADY-nin saytından aldıq. Ailəmlə birgə Tbilisiyə gedirik. Biletləri alarkən çətinlik yaşamadım, razıyam".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə yeni reysin icrası ilə bağlı təəssüratlarını bölüşən sərnişin Rüfət Süleymani deyib.
O bildirib ki, təyyarə ilə müqayisədə qatarla səyahətin özünəməxsus üstünlükləri var:
"Həmçinin Bakı ilə Tbilisi arasında birbaşa dəmir yolu əlaqəsinin olması turizm əlaqələrinin inkişafı baxımından da əhəmiyyətlidir. Gələcəkdə daha çox insanın bu marşruta üstünlük verəcəyini düşünürəm".