Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: "Brügge" "Atalanta"nı son dəqiqələrdə məğlub etdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Belçikanın "Brügge" klubu öz meydanında İtaliyanın "Atalanta" komandasınıson dəqiqələrdə vurulan penalti qolu ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, hesabı 15-ci dəqiqədə belçikalıların tərkibində Yutqla açıb, 41-ci dəqiqədə Paşaliç hesabı bərabərləşdirib.
90+4-cü dəqiqədə Nilsson penalti zərbəsi ilə son nöqtəni qoyub.
Təkrar görüş fevralın 19-da baş tutacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Belçikanın "Brügge" və İtaliyanın "Atalanta" klublarının qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, Brüggenin Yan Breydel stadionunda keçirilən matçı türkiyəli hakim Halil Umut Meler idarə edir.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Belçikanın "Brügge" və İtaliyanın "Atalanta" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 21:45-də start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu
- UEFA-dan "Atletiko" - "Real Madrid" oyunundakı mübahisəli penaltiyə REAKSİYA
- Karlo Ançelotti UEFA Çempionlar Liqasında rekorda imza atıb
- Arda Gülerə şans verməyən Karlo Ançetlotti türkiyəli azarkeşlərin tənqidinə məruz qaldı
- UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin görüşlərinin keçiriləcəyi tarix bəlli oldu