"Qlobal şəhərsalma gündəliyinin gələcək xətləri məhz Azərbaycanda müəyyənləşdirilir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, iqlim dəyişikliyinin fəsadlarına və hava şəraitinin kəskinliyinə rəğmən, WUF13 irimiqyaslı mətbuat konfransı ilə öz işinə başlayır.
"40 mindən artıq nümayəndəni bir araya gətirən bu tədbir WUF tarixindəki ən böyük toplantıdır", - deyə paylaşımda qeyd olunub.
Despite the impacts of climate change and the whims of the weather, WUF13 is kicking off with a large-scale press conference. The future contours of the global urban agenda are being shaped in Azerbaijan. The biggest ever WUF with more than 40.000 participants. pic.twitter.com/IKQk8FSs82
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 18, 2026