“Uzun müddətdir ilk dəfə Ermənistan lideri əslən Dağlıq Qarabağdan deyil, ona görə də o olduqca ehtiyatlı olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində radikal addımlar atmamalıdır”.
Bunu “Amerikanın səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland deyib.
Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan üçün Qarabağ münaqişəsi çox çətin problemdir.
“Qarabağ nizamlanmasında ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir”, - deyə diplomat vurğulayıb.
Hoqland həmçinin qeyd edib ki, “Lavrov planı” nə Bakı, nə də Yerevanda qəbul olunmayıb.
Xatırladaq ki, Sergey Lavrovun Qarabağ nizamlanmasına dair təklif etdiyi sənəd Madrid prinsiplərinə əsaslanır.