Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi dəyişdi
Prezident İlham Əliyev "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla bəzi qurumların sədr müavinləri komitəyə əlavə olunub, bir sıra icra hakimiyyətlərinin başçılarının müavinləri isə siyahıdan çıxarılıblar.
Belə ki, "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 847; 2025, № 1, maddə 69) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:
- "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə olunur:
"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini";
- "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə olunur:
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini;
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini;
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini".
Eləcə də "Oğuz Rayon İcra Hakimiyyətinin başçısı", "Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini", "Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini", "İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini", "Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini", "Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini", "Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini" və "Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini" abzasları ləğv edilsin.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Türkiyənin xalq ozanı Esat Kabaklı: "Şuşaya dəvət etsələr, qaça-qaça gələrəm"
- Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimələnəcək
- "Aviasiya haqqında" Qanuna dəyişiklik edildi
- "Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik edildi
- Prezident İlham Əliyev Latviya ilə imzalanan sənədi təsdiqlədi