Mayın 22-də Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.
Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.