Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İlham Əliyev Britaniyanın yeni kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar
- Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?