“Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.
Bu sahədə böyük uğurların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
“Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir”.