Azərbaycan Prezidenti İlham Əliyev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısının digər bir sərəncamı ilə Göyçayın icra başçısı vəzifəsinə Mehdi Səlimzadə (təqdim olunan fotoda - red.) təyin olunub.
