İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, əvvəlcədən nəzərdə tutulmayan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf yolları,Türkiyənin sədrliyi dövründə İƏT-nin daha dinamik və təsirli təşkilat kimi fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.