Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olub.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, otelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, kompleksin tikintialtı ərazisi 75, ümumi sahəsi isə 202 hektardır.
Ərazidə kanat yolu da çəkilib.
Otel kompleksində restoranlar, hovuz, idman meydançası və digər köməkçi obyektlərin tikilməsi nəzərdə tutulub. Kompleks səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir.
Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılıb. Gölün ətrafında restoran və helikopter meydançası tikilib. Gələcəkdə kompleksdə xizək mərkəzinin və digər binaların da inşası nəzərdə tutulur.
Kotteclərdə yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, burada mini-kinoteatr, idman zalı və digər otaqlar var. Ərazidə, həmçinin tennis kortu, voleybol və futbol meydançaları inşa edilib.
Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Oxu.Az