Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə Rusiya və Gürcüstana təşəkkür edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı Azərbaycanın elektrik enerjisi sistemində yaranmış vəziyyətlə bağlı göstərdikləri köməyə görə hər iki dövlətə təşəkkürünü bildirib.
“Fürsətdən istifadə edərək, bu vəziyyətdə bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm”.