Prezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dövlətimizin başçısı Daşkənddə mətbuata bəyanatında bildirib.
"Şavkat Miromonoviç, sizi münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim", - deyə Azərbaycan Prezidenti qeyd edib.
O, hər iki tərəfin ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün birgə çalışacağına əminliyini ifadə edib.
Qaynar xətt:
(055) 224 12 12