"Azərbaycan və Özbəkistanın irəliləmək üçün çox dəqiq fəaliyyət planı var".
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında söyləyib.
"İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir", - deyə dövlətimizin başçısı vurğulayıb.
"Buraya üçdəbir hissəsi layihələrlə təmin olunmuş investisiya fondunu, həmçinin Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu, artıq milyardlarla investisiya deməkdir", - deyə Prezident əlavə edib.