Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
- Prezident İlham Əliyev Suriyanın keçid dövrü prezidentini təbrik edib
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"