Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı Tuğ kəndində də olublar.
Bununla bağlı Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində video paylaşıb.
Ölkə başçısı Tuğ kəndinin qədim Azərbaycan kəndi olduğunu xüsusi vurğulayıb.
Prezident həmçinin ermənilər tərəfindən işğal zamanı dağıdılmış kənd mktəbini göstərərək bildirib:
“Sonra da deyirdilər Tuğ erməni kəndidir. Əgər bura erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub!”
Ölkə başçısı Tuğ kəndinin sakinlərinin yaxın gələcəkdə öz doğma yurdlarına qayıdacaqlarına əmin olduğunu vurğulayıb.
Daha sonra Prezident və Birinci vitse-prezident digər bir qədim Azərbaycan kəndi olan Azıx kəndinə yola düşüblər.
Bu gönderiyi Instagram'da görBu gönderiyi Instagram'da görBu gönderiyi Instagram'da görBu gönderiyi Instagram'da görBu gönderiyi Instagram'da görBu gönderiyi Instagram'da gör
"Füzuli" teqi üzrə xəbərlər
- Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış
- Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş futbol yarışları təşkil edildi - Foto
- Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib - Foto
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
- XTQ-nin düşmən arxasındakı manevri: Füzulinin azad edilməsinin hərbi-strateji əhəmiyyəti - Video
Digər xəbərlər