Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.





Prezident İlham Əliyev dekabrın 5-də həmçinin Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.





Dövlət başçısı dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.






Oxu.Az yeniləndi!