Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb.
Oxu.Az-ın AzərTAc-a istinadən məlumatına görə, qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib.
Sonra Azərbaycan Sambo Federasiyasının Prezidenti Ceyhun Məmmədov qonaqlarla görüşüb.
Qeyd edək ki, iyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə və ailə üzvləri Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarının gedişini izləyiblər.