Bakı-2015 I Avropa Oyunlarının XI günündə 13 dəst medalın sahibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu gün hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb.
14 qızıl, 11 gümüş və 14 bürüncü olan yığmamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadı. Şimal qonşularımızın hesabında 87 mükafat var. Bunların 45-i qızıl, 23-i gümüş, 19-ı isə bürüncdü.
Hesabında 11 qızıl, 9 gümüş və 12 bürünc olan Almaniya millisi 3-cü pilləyə yüksəlib. Belarus, Serbiya və Böyük Britaniya yığmaları da ilk “altılıq”da qərarlaşıb.
