İsrail Hayfadakı neft və qaz müəssisələrinə zərbə endirilməsi ilə bağlı İranın iddialarını təkzib edib.
Oxu.Az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) İran ordusunun İsrailin Hayfa şəhərindəki neft və qaz emalı zavoduna, eləcə də bir neçə yanacaq çəninə zərbə endirdiyinə dair iddialarını təkzib edib.
İsrail Müdafiə Qüvvələrinin rəsmi sözçüsü TASS-a bildirib ki, bu hesabatı İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) mətbuat xidmətinin və İran ordusunun xəyalları siyahısına əlavə etmək olar:
"İsrail səmasında İran hava qüvvələri yox idi və əminəm ki, bir daha görünməyəcək. Bu gün (10 mart - red.) Hayfaya heç bir raket hücumu olmayıb və sonuncu raket hücumu şəhərdə heç bir dağıntıya səbəb olmayıb. Hayfadakı son siren dünən axşam səslənib".
İran Hərbi Hava Qüvvələri İsrailin yanacaq infrastrukturuna zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İran Hərbi Hava Qüvvələri ölkənin paytaxtındakı enerji infrastrukturuna edilmiş əvvəlki hücumlara cavab məqsədilə İsrailin şimalına raket hücumları edib. Hayfa şəhərindəki qaz və neft emalı zavodları, həmçinin yanacaq saxlanılan bir neçə çən vurulub.