İran İsrailin Təl-Əviv şəhərinə raket zərbəsi endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, İranın yeni raket dalğası Təl-Əvivə çatıb.
İran İsrailə yenidən raket zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İran ordusu İsrail ərazisinə daha bir böyük hücum həyata keçirib", - deyə xəbərdə bildirilib.

Bugünkü münaqişə başlanandan etibarən İrandan İsrailə doğru 125 raket buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Walla" portalı məlumat yayıb.
Məlumata görə, bunlardan 35-i İsrail ərazisinə çatıb.
İran İsrailə yeni raket zərbələri endirib.
Oxu.Az-ın "Tasnim"ə istinadən məlumatına görə, İran İsrailə qarşı yeni raket zərbələri seriyasına başlayıb.
Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib.
İran İsrailin hücumlarına qarşı cavab zərbələrinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, hava hücumlarına cavab olaraq ilkin mərhələdə İsrail paytaxtına 30 ballistik raket atılıb.
İran İsrailə qarşı əməliyyatını "Fateh Xeybər" adlandırıb.
İran İsrailin hücumlarına cavab olaraq güclü zərbə endirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, "Reuters" bu barədə SEPAH komandanlığına istinadən məlumat yayıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri Tehran da daxil olmaqla bir neçə İran şəhərini vuraraq İsrailin əməliyyatına "Aslanın nərəsi" adını vermişdi.