İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.
Oxu.Az-ın xəbərinə görə, bunu Trend-ə İranın Bakıdakı səfirliyindən deyiblər.
Səfər çərçivəsində İran XİN rəhbərinin Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.