Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
IRENA-nın baş direktoru: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq” - FOTO
14 mart tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüş zamanı bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb, bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmiz ilə agentlik arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, eləcə də Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsinin alternativ enerji sahəsində əlavə əməkdaşlıq imkanları yaradacağı vurğulanıb.
IRENA-nın baş direktoru Françesko La Kamera Azərbaycan ilə təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Prezident: "Ölkələrin daxili işlərinə qarışmamaq siyasətimiz beynəlxalq arenada dəstəklənir"
- Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- İrəvanda əski parçası qaldıranlar - Kapitulyasiyanı unudanların yaddaşını yeniləmək olar
- Qanuna dəyişiklik edilir: Azərbaycan telekanallarında fərqli profilli işçilərə ehtiyac yaranacaq?