İstanbulda BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə təşkil edilən Dünya Humanitar Sammiti keçirilir.
Oxu.Az xəbər verir ki, Türkiyə dövlətinin başçısı və bir sıra ölkələrin liderləri mətbuat üçün qapalı olan təntənəli səhər yeməyində iştirak ediblər.
Səhər yeməyi başa çatdıqdan sonra liderlər və hökumət nümayəndələri xatirə şəkili çəkiblər.
Daha sonra sammitin açılış mərsimi baş tutub, mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
10.53
Birinci Dünya Humanitar Sammiti bazar ertəsi İstanbulda start götürəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, forum iki gün davam edəcək.
Sammit BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin təşkilati dəstəyi ilə keçirilir.
Sammitdə 177 dövlətin nümayəndəsi, o cümlədən 66 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.
Tədbir bazar ertəsi Pan Gi Munun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqləri ilə start götürəcək. Sammitdə Almaniyanın kansleri Angela Merkel, Azərbaycan prezidenti İlham Əliyev, Ukryana prezidenti Petr Poroşenko, Küveytin əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah, Niderlandın baş naziri Mark Rütte, Livanın baş naziri Tammam Salam və digər ölkələrin liderləri iştirak edəcəklər.
Sammitdə qeyri-hökumət təşkilatları, beynəlxalq humanitar strukturlar, sahibkarlar, böhrana məruz qalmış xalqların nümayəndələri dəvət edilib. Ümumilikdə forumda 5200 nəfər iştirak edəcək.
İstanbulda, real nəticələrin əldə edilməsi üçün humanitar yardımın çatdırılmasının təşkilatı məsələləri yüksək səviyyədə müzakirə ediləcək, bunu BMT Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen bəyan edib.
Onun sözlərinə görə, İstanbul sammitin keçirilməsi üçün təsadüfi seçilməyib. Belə ki, Türkiyə qaçqınların böyük hissəsini qəbul edib.