Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İtaliya mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini diqqətdə saxlayıb
İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayıb.
AZƏRTAC xəbər verir ki, AGI informasiya agentliyinin materialında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə görüşlərin əhəmiyyətindən bəhs olunub. Materialda Azərbaycan Prezidentinin çıxışından sitata yer verilib: "Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır".
"Agenzia Nova" agentliyinin dərc etdiyi yazıda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundunun yanvarda baş tuta biləcəyi qeyd edilib.
"Quotidiano dei Contribuenti" portalı isə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsinin tərkib hissəsi olduğu vurğulanıb. Rəsmi Bakı və İrəvanın 2022-ci ildən etibarən gələcək sülh müqaviləsinin bir hissəsi kimi öz sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməyə başladığı xatırladılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global"ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb
- İlham Əliyevin xəbərdarlığı və Ermənistanda təşviş
- Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
- Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb
- Azərbaycan hansı kritik addımları atacaq? - BAKU AKTUAL