"Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
K.Kallas hesab edir ki, Bakı və İrəvan sazişi əldə etməyə çox yaxındırlar:
"Düşünürəm ki, sülh sazişinin tezliklə imzalanması bütün tərəflərin maraqlarına cavab verir".
O vurğulayıb ki, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırır:
"Mən burada Ermənistanın baş naziri ilə görüşəcəyəm. Mən, həmçinin Ermənistana gedəcəyəm. Hesab edirəm ki, regionda gərginliyin azaldılması üçün nə edə biləcəyimiz barədə düşünmək də vacibdir".