Qobustan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov həbs olunub.
Oxu.Az “Media forum”a istinadən xəbər verir ki, avqustun 29-da Xəzər Rayon Məhkəməsi Rafiq Alışov barəsində həbs qətimkan tədbiri seçib.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunur.
Rafiq Şıxməmməd oğlu Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib.