Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
KİV: Reyunyon adasındakı vəziyyət Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir
Fransa yürütdüyü müstəmləkə siyasəti ilə özünün dənizaşırı ərazilərində mədəni müxtəlifliyi məhdudlaşdırır və Reyunyon adası bunun bariz nümunəsidir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Fransadakı müsəlmanlar" jurnalında dərc edilmiş məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Fransanın müstəmləkə siyasəti milli kimlikdən tam imtinanı və tabe edilmiş xalqların "tam hüquqlu" vətəndaş statusu əldə etmək üçün fransız dili, dəyərləri və institutlarını mənimsəmələrini nəzərdə tutan assimilyasiyaya yönəlib.
Müəllif vurğulayır ki, bütün bunlar ciddi mədəni və irqi təzyiqlər fonunda bərabərlik ideyaları ilə ört-basdır edilir.
"Reyunyonda assimilyasiya çox spesifik forma alıb. Əvvəlcə adanın yerli əhalisi Hindistan, Çin, Madaqaskardan olan qullar və muzdlu işçilərlə əvəzlənib. Əlbəttə, burada avropalı müstəmləkəçilər də məskunlaşıblar. Yerlilərin mədəni müxtəlifliyi yalnız Avropa mədəniyyətinə qiymət verən müstəmləkə sistemi tərəfindən sıxışdırılıb. Eyni zamanda, yerli mədəniyyət və tarix tez-tez gizlədilib və ya rəsmi diskurslardan tamamilə çıxarılıb", - deyə məqalədə qeyd olunub.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada məscid təhqir edilib
- Narkobaron sosial şəbəkələrdə arvadının paylaşdığı şəkillərindən sonra ələ keçdi
- Fransada partiya lideri ölkəsinə Aİ-dən çıxmağı təklif etdi - SƏBƏB
- Fransızların təxminən 80 %-i Makronun prezident fəaliyyətini bəyənmir
- Ayxan Hacızadə: "Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik"