Biz hər kəsin yaratmaq istədiyi cəmiyyəti indi Azərbaycanda görürük.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov Bakıda keçirilən Madrid Klubu prezidentinin, Latviyanın sabiq prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrinin birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ermənilər əmin ola bilərlər ki, torpaqlar geri qayıtdıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın, Bakının digər ermənilər kimi, bizim bərabərhüquqlu vətəndaşlarımız olacaqlar.
O deyib ki, toplantıda bir sıra məsələlərlə yanaşı, siyasi münaqişələr, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.