Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kurtulmuş: “Qorxuram ki, dünyada daha böyük problemlər yaransın”
“Dünya indi çətin mərhələdən keçir. Bu mənada Asiyada da vacib tarixi fürsət yaranıb”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, Asiya mədəniyyətin beşiyidir. “Biz parlament diplomatiyası ilə Asiyada əməkdaşlığı gücləndirməkdə maraqlıyıq. Türkiyə “Yenidən Asiya” siyasəti ilə Asiya qitəsində əməkdaşlığa böyük önəm veririk”, - deyə o bildirib.
Numan Kurtulmuş qeyd edib ki, beynəlxalq münasibətləri və xarici siyasəti münaqişələrin həllinə yönləndirmək vacibdir.
“Əgər münaqişələrin həllinə səylər göstərilməsə, qorxuram ki, dünyada daha böyük problemlər yaransın”, - deyə o əlavə edib.
O deyib ki, Rusiya-Ukrayna münaqişəsi həll edilməsə dünya daha böyük eskalasiyalara şahidlik edə bilər:
“Bu gün Rusiya-Ukrayna müharibəsi az qala kollektiv Qərblə Rusiyanın müharibəsi halına gəlib. İkinci bir münaqişə isə İsrail-Fələstin müharibəsidir. Fələstinlilər haqsızlığa məruz qalırlar”.
"Fələstin" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR
- Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi
- "Haber Global": "Səudiyyə Ərəbistanı Trampın yalanını üzə çıxardı"
- İsrail 180-dən çox fələstinli məhbusu azad edib