Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir. Mərkəz fundamental və klinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.
Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.

"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb
- Leyla Əliyeva Azərbaycanın süvarilər dəstəsinin Britaniyadakı çıxışından görüntülər paylaşdı
- Leyla Əliyeva qızının kunq-fu üzrə dünya çempionu olması ilə bağlı paylaşım etdi
- Leyla Əliyeva Türk dünyası rəsm qalereyasından görüntülər paylaşdı
- Leyla Əliyeva Naxçıvan səfərindən görüntülər paylaşdı