Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Lu Mey: "Çin də Azərbaycanın "Bakı təşəbbüsü" adlanan planına dəstək verir"
"Bu ilin aprelində Çin sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev "Hərtərəfli birgə fəaliyyət planı"nı imzalayıblar. Bu planda Azərbaycanın qlobal sivilizasiya təşəbbüsünü dəstəklədiyi qeyd olunub".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə deyib.
O bildirib ki, planda tərəflər bir-birinin qlobal sivilizasiyalararası dialoqa yönələn səylərini dəstəkləyirlər:
"Həmçinin, Çin də Azərbaycanın "Bakı təşəbbüsü" adlanan planına, o cümlədən bütün qlobal forum və platformalardakı təşəbbüslərinə hərtərəfli dəstək verir. Həmin təşəbbüslər ölkələr arasındakı qarşılıqlı münasibətlərdə maneələrin dəf edilməsinə, habelə münaqişələrdən imtinaya və birgə dostluq və əməkdaşlığa yönəlib".
Mərahim Nəsib
"Si Cinpin" teqi üzrə xəbərlər
- Si Cinpin məmurların sərxoşluğuna və israfçılığına qarşı nəzarəti gücləndirir
- Çin nadir torpaq elementlərinin ABŞ-yə ixracını bərpa etməyə razılaşıb
- ABŞ və Çin bəzi mübahisəli məsələlərini həll ediblər
- Si Cinpinlə Donald Tramp arasında telefon danışığı olub
- Tramp Si Cinpinə münasibətindən danışdı: "Onunla danışıqlar aparmaq son dərəcə çətindir"