Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovu və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi “Şərəf” ordeni ilə təltif edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.
Məlumata əsasən, Y.Əyyubov və X.Fətiyev bu yüksək mükafata Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inikişafına və möhkəmləndirilməsinə əhəmiyyətli töhfələrinə görə layiq görülüblər.
Belarusun dövlət başçısı müvafiq fərmanı oktyabrın 22-də imzalayıb.