Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Əməkdar artist Rəhman Rəhmanovun əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Ötən gün öd kisəsindən əməliyyat olunan Əməkdar artist bu barədə Oxu.Az-a açıqlamasında məlumat verib.
“Bir saat öncə Heydər Əliyev Fondunun nümayəndəsi mənimlə əlaqə saxladı və bildirdi ki, bütün əməliyyat xərclərini fond öz üzərinə götürüb. Bu zəng mənim üçün gözlənilməz oldu.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhhətimlə maraqlanıb. Ailəm və öz adımdan cənab Prezident İlham Əliyeva və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov sabah yenidən əməliyyat olunacaq.
Rəşad Əliyev
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib