Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.
Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
- İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində olub, Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
- Çinin Sədri Si Cinpinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
- Mehriban Əliyeva, Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar