Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-nin maliyyə naziri: "Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır"
ABŞ-nin maliyyə naziri Skott Bessent Yəməndə Husi qruplaşmalarına qarşı həyata keçirilən əməliyyatın Donald Tramp administrasiyasının İrana maksimum təzyiq strategiyasının yalnız başlanğıcı olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, NBC News kanalına müsahibəsində danışıb.
"Bu güclü bir siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə fərqlənir. Husilər və İran bunun yalnız başlanğıc olduğunu başa düşməlidirlər. Biz dəniz naviqasiyası azadlığının məhdudlaşdırılmasına, dünya ticarətini ləngidən və inflyasiya təzyiqini artıran hərəkətlərə yol verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı maksimum təzyiq strategiyasını elan edib və bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - deyə o qeyd edib.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Ağ Ev: "Tramp Pentaqonun rəhbəri Pit Heqseti qəti şəkildə dəstəkləyir"
- Husilər ABŞ-nin təyyarədaşıyan gəmilərinə zərbələr endiriblər
- ABŞ Sənada husilərin düşərgələrinə 21 zərbə endirib
- ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin və yaralananların sayı artdı
- Pentaqon rəhbərinin müşaviri məlumat sızması ilə bağlı araşdırma səbəbindən məzuniyyətə göndərilib