Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mehriban Vəliyeva: "AŞPA köhnə qaydalarla dünyaya hökm edə bilməyəcək"
"Azərbaycanın bir il öncə AŞPA ilə bağlı verdiyi qərarın ədalətli olduğu bu gün bir daha öz təsdiqini tapır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, ölkəmizə qarşı qərəzli olan, bir-iki xristian dövlətin əlində rupora çevrilən bu qurumdan yeni üzvlərə qarşı "Domokl qılıncı" kimi istifadə olunur:
"AŞPA ölkələrin milli maraqlarına, suverenliyinə, ənənələrinə heç bir hörmət qoymadan özünün istək və arzularını, prinsiplərini qeyd-şərtsiz sırımaq siyasəti ilə məşğuldur. Bu da haqlı olaraq yeni üzv dövlətlərin maraqlarına cavab vermir və narazılıq doğurur. Hər bir dövlətin həqiqi tarixi, milli maraqları və dəyərləri araşdırılmadan, beynəlxalq normalara əsasən hər dövlətə bərabər münasibətdə qərar vermədən beynəlxalq təsisatların öz rolunu qoruyub saxlaması müasir dövr üçün mümkünsüzdür. Çünki informasiya savaşı informasiyaların açıq məkanında baş verir, dünyanın proseslərə aydın baxışı və münasibəti formalaşa bilir. AŞPA köhnə qaydalarla dünyaya hökm edə bilməyəcək. AŞPA-nın qış sessiyasında da biz bunu açıq-aydın görə bildik, qərəzin, qarayaxma kampaniyasının şahidi olduq. Bu cür çirkin siyasət daha çox qurumu gözdən salır, nəinki üzv dövlətləri".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
- "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişiklik son oxunuşda qəbul edilib
- Sahibkarlıq sahəsində yoxlamaların daha bir il müddətinə dayandırılması dəyişikliyi qəbul edilib
- Parlament yeni medalın təsis edilməsinə HƏ dedi
- Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqləndi