Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda fondun icraçı direktoru Vüsal Göyüşov fondun fəaliyyəti barədə hesabatla çıxış edib. O, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və digər sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Fondun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti dövlətin dini-ideoloji sahəyə olan qayğısının həyata keçirilməsi ilə yanaşı, tolerantlıq və mədəni müxtəliflik, o cümlədən dinlərarası münasibətlərin möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.
İclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun gələcək fəaliyyəti, o cümlədən iclasın gündəliyində əksini tapmış məsələlər ətrafında müzakirələr aparılıb. Şura üzvlərinin rəy və təklifləri əsasında fondun 2025-ci il üzrə illik fəaliyyət planı müzakirə olunub və gündəlikdəki digər məsələlərlə bağlı qərarlar qəbul edilib.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, "Report" İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev təyin ediliblər. Şura üzvlərinin qərarı əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib.
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)" teqi üzrə xəbərlər
- Ceyhun xanım və Hacı Əhməd məscidi söküləcək? - RƏSMİ AÇIQLAMA
- Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ
- Dövlət qurumundan yas mərasimləri ilə bağlı AÇIQLAMA
- Təyyarə qəzasında həlak olanlar üçün cənazə namazı qılınıb
- Ramin Məmmədov: "Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq"